Dünyada təyyarə biletlərini bahalaşdıran səbəblər

Böyük iqtisad məktəblərinin son 4 əsrdə tələb və təkliflə bağlı müəyyən etdiyi kriteriyalar dəyişmir. Sadə dillə desək, tələbin artması təklifin dəyər qazanması ilə paralel baş verir. Lakin təklifin bahalaşması təkcə tələblə bağlı deyil. Xidmət, xammal və işçi qüvvəsində qiymət artımı da təklifin bahalaşması ilə nəticələnir. Bu tendensiya aviasiya xidmətində ciddi hiss olunur. Sektorda qiymət artımının bir müvəqqəti səbəbi də Ukrayna müharibəsi oldu.
Avropalı ekspertlərin qənaətinə görə, təyyarə biletlərindəki bahalaşma uzunmüddətli ola bilər. Hətta təyyarənin istismar xərcində böyük rola malik olan kerosinin nisbi ucuzlaşması da qiymət endirimi ilə nəticələnməyib. 2022-ci ilin ortalarında dünyanın əksər hissəsində koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması aviasiyaya tələbatı ciddi şəkildə artırdı. Ötən noyabrda Çinin sərhədləri açması aviasiya ilə sərnişin daşımalarında belə demək mümkünsə partlayış yaratdı.
Car ildə demək olar bütün aviaşirkətlər pandemiyadan əvvəlki sərnişin sayını bərpa edib. Lakin qiymətlər sərnişinlərin ürəyincə deyil. Məsələn, 2019-cu illə müqayisədə biletlər Qərbi Avropada 32%, Asiya-Sakit okean regionunda isə 51% bahalaşıb. Okeanın o tayında isə, Amerika şirkətləri biletləri cəmi 11% bahalaşdırıb.
300 şirkəti və qlobal aviadaşımaların 83%-ni əhatə edən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası IATA-nın hesabatında bildirilir ki, ötənilki bahalaşmaya ilk növbədə kerosinin qiymətinin artması səbəb olub. Yanacağın bahalaşmasının başlıca səbəbi isə Ukrayna münaqişəsidir. Son aylarda yanacaq-sürtkü materialları (YSM) bazarında nisbi ucuzlaşma müşahidə olunur. Qurumun biletlərin bahalaşmasına görə öz yanaşması var. Baş iqtisadçı Mari Ouen Tomson: “İstər bahalaşma, istərsə də ucuzlaşma baxımından yanacaq qiymətlərinin biletin dəyərinə təsiri böyükdür. Aviaşirkətlərin xərcinin 30%-ə qədərini kerosin təşkil edir. Bundan əlavə, iş qüvvəsinin və təchizat zəncirində\ki digət xidmətlərin bahalaşması da davam edir”.
Ekspertlər təyyarə daşımalarındakı qiymət artımının səbəblərini həm də istehsal prosesində axtarırlar. Belə ki, bütün böyük şirkətlərin 2030-cu ilədək sifariş cədvəli dolub. Lakin onlar hava maşınlarını vaxtında çatdırmağa çətinlik çəkirlər. Onların problemi təchizat zəncirinin qırılması və xammalın bahalaşmasıdır.
Vüqar
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











