Təyyarədə sərnişinlərin ən çox verdiyi suallar maraqla qarşılandı - FOTO

Təyyarədə sərnişinlərin ən çox verdiyi suallar qələmlə bağlı olur.
Bu barədə “Air New Zealand” heyət üzvü Loqan Bakli danışıb.
Onun sözlərinə görə, səyahətçilər çox vaxt özləri ilə qələm götürməyi unudurlar və bunu stüardessalardan xahiş edirlər.
“Bəzən biz sizə qələm verə bilərik, lakin təbii ki, çox vaxt qələmlər çatışmır, ona görə də növbəti dəfə uçuşda nə götürəcəyiniz siyahısını tərtib edərkən, ora qələm əlavə edin”, - deyə ekipaj üzvü tövsiyə edib.
Bundan əlavə, Bakli sərnişinlərin daim ayaqlarını hara uzada biləcəkləri ilə maraqlandıqlarını qeyd edib:
“Gəzməyə ehtiyacınız varsa, salonda gəzməkdən və stüardessaların oturduğu mətbəxə getməkdən çəkinməyin, biz həmişə sizinlə söhbət etməkdən məmnunuq”, - deyə stüard aydınlıq gətirib.
“Air New Zealand” əməkdaşı onu da qeyd edib ki, ekonom sinif səyahətçiləri tez-tez niyə biznes sinfin ayaqyolundan istifadə edə bilmədiklərini soruşurlar.
“Biz istəyirik ki, bütün müştərilərimiz təyyarədə fantastik təəssürat alsınlar. Həmçinin biznes sinif sərnişinlərinin yanında həddindən artıq hərəkətlilikdən qaçmağa çalışırıq. Bu səbəbdən insanlardan bilet ödənişinə uyğun salonda qalmalarını xahiş edirik”, - deyə o əlavə edib.
Heyət üzvünün xüsusən qələmlə bağlı dedikləri sosial şəbəkələrdə maraqla qarşılanıb, biznes və ekonom sinif seçimləri isə böyük müzakirələrə səbəb olub.
oxu.az
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı












