Tikinti şirkətlərinin QİYMƏT HOQQASI - Vətəndaşlar belə aldadılır

Bakıda tikinti şirkətləri şirnikləndirici reklamları ilə insanları aldadırlar. Belə ki, qiymətlərin ucuz və sərfəli, cibinzə uyğun olduğunu reklam edirlər, lakin konkret qiymətləri göstərmirlər. Qiyməti bilmək üçün isə şirkətə şəxsən zəng etmək lazımdır. Zəng edən zaman isə soylədikləri qiymət adamı sözün həqiqi mənasında şoka salır.
Misal üçün tikinti şirkətlərindən biri eyni aldadıcı tərzdə reklam aparır. Qiyməti öyrənmək üçün zəng vurusan və şoka düşürsən: 126 kvadrat metr evin ipoteka ilə qiyməti - ilkin ödəniş 72 min manat və 20 il ayda 1790 manat, bu da edir ümumilikdə 501,600 manat. Bunun harası və nəyi cibimizə uyğun oldu?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bəzi şirkətlər uzun müddətdir ki, bazarda məhz bu reklamların hesabına qalırlar.
"Amma reklam da doğru olmalıdır, insanları aldatmaq yolu ilə olmamalıdır. Reklam bazar şərtlərinə uyğun olmalıdır. Bəzən görürük ki, tikinti şirkətlərinin reklamları mövcud bazar tələblərinə uyğun deyil və bir çox hallarda vətəndaş bu raklama aldanır, gedir mənzil alır. Gələcəkdə də vətəndaş mənzilin pulun ödəyə bilmir və məlum olur ki, tikinti şirkəti əslində bağladığı müqavilədə qarşı tərəfin pulu ödəyə bilməyəcəyini əvvəlcədən bildiyinə görə müqaviləni elə tərtib edib ki, vətəndaşın ödədiyi ilkin ödənişi belə geri qaytarmır.
Hesab edirəm ki, bu hallar olmamalıdır. Buna nəzarət olmalıdır", - deyə o əlavə edib
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












