“TikTok”da bahalı telefonu ucuz satan saxtakar dələduz saxlanıldı - VİDEO

“TikTok” sosial şəbəkəsində bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə elanlar yerləşdirərək ona müraciət edənlərdən beh adı altında müxtəlif məbləğlərdə pul alan və daha sonra həmin şəxsləri aldadan Nihat Qurbanov tutulub. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
O, ifadəsində bu yolla təqribən 45-50 nəfəri aldatdığını və pul aldığı şəxsləri sonradan onunla əlaqə saxlamamaları üçün bloka atdığını bildirib.
Həyata keçirilən növbəti əməliyyatlar zamanı isə özünü hotel əməkdaşı kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən və onların hesabından öz kartına pullar köçürən Əli Dadaşov saxlanılıb. Bu şəxsin də dələduzluq yolu ilə 10-dan artıq taksi sürücüsünü aldatdığı məlum olub.
Paytaxtda polisin həyata keçirdiyi növbəti əməliyyatlar zamanı isə vətəndaşların kartlarındakı pul vəsaitlərini müxtəlif üsullarla ələ keçirən Rüfət Yusifov, Amin və Ramil Əliyev qardaşları tutulublar.
Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
"Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












