“TikTok”u telefondan silməyənlər CƏRİMƏLƏNƏCƏK

ABŞ-ın Montana ştatında “TikTok” qadağan edilib.
Ştat Nümayəndələr Palatasının üzvləri qanun layihəsinin lehinə 54 səs verib, 43 deputat isə qarşı çıxıb. Bu qərarla Montana “TikTok”u tamamilə qadağan edən ilk ştatdır. Ştat sakinləri “TikTok” tətbiqini onlayn mağazalardan silməsələr, onları cərimə gözləyir. Məlumatda bildirilir ki, hələlik dövlətin qadağanı necə tətbiq edəcəyi bəlli deyil.
İndi bu barədə Montana ştatının qubernatoru Qreq Gianfortenin qərarı gözlənilir. O, indiyə qədər qanun layihəsini imzalamaqla bağlı planlarını söyləməkdən imtina edib. Qubernatorun sözçüsü tərəfindən verilən açıqlamada o, Qanunverici orqanın göndərdiyi bütün qanun layihələrini “hərtərəfli nəzərdən keçirəcəyini” söylədi.
Gianforte, keçən il əyalət məmurlarına iş telefonlarında “TikTok”dan istifadəni qadağan edib. O zaman tətbiqin həssas hökumət məlumatları üçün “əhəmiyyətli risk” yaratdığını söyləyib. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












