"Tıxacın qarşısını almaq üçün ..." - AYDINLIQ GƏTİRİLDİ

“Bir zamanlar Bayıl ərazisindən Əhmədli istiqamətində Xəzər dənizi üzərində körpünün salınması ilə bağlı layihəni irəli sürən və dəstəkləyənlərdən biri də mən olmuşam. Amma hazırkı şəraitdə bu körpünün vacib olduğunu düşünmürəm. Çünki bugünkü gündə Azərbaycan Respublikası qarşısında xüsusi olaraq işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məsələsi durur”. Bu sözləri sia-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, hazırda böyük qayıdış planları, əhalinin qayıdış məsələsi gündəmdədir: “Bu nöqteyi-nəzərdən düşünürəm ki, qarşıdakı 10-15 il müddətində bu körpünün tikilməsi müzakirə mövzusu olmayacaq. Çünki bu məsələ daha böyük maliyyə tələb edir. Ona görə də hökumət belə bir planın təxirə salınmasında maraqlı olacaq”.
Ekspert sözlərinə davam edərək bildirib ki, digər tərəfdən əgər biz bu layihənin baş tutduğunu təsəvvür etsək, belə layihələr dünya praktikasında daha çoxdur: “Bu, ən çox iki eyni əhalisi olan və bir şəhərdən digərinə böyük axın olan yollarda tətbiq olunur. Mən düşünmürəm ki, Əhmədli stansiyasında 15-20 milyard investisiya qoyuluşu ilə bu layihə baş tutsun. Bazar iqtisadiyyatı cəhətdən düşünsək, bu investisiya qoyuluşu geri dövr etməyəcək. Bunun həmçinin ekoloji problemi də var. Buxtadan şəhərin üzərinə doğru əsən küləklər müəyyən dərəcədə havaya təsir edəcək. Tıxacın qarşısını almaq üçün körpü deyil, dənizaltı yol layihəsini nəzərə almaq olar. Bundan başqa Bayıldan Əhmədli, ya da Zığ istiqamətində sualtı metro, elektrik avtobuslarının hərəkəti layihələri həyata keçirilməsi daha obyektiv görünür”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












