Tovuzda avtomat satmaq istəyən şəxs saxlanılıb - FOTO
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərindən rayon ərazisinə gələrək odlu silah satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Ruslan Zalıyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Üzərinə baxış zamanı marixuana və metamfetamin aşkarlanan R. Zalıyevin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Tovuz rayonuna satmaq üçün gətirdiyi avtomatın yeri də məlum olub.
Polis əməkdaşları həmin yerə baxış keçirən zaman oradan 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 18 ədəd patron və narkotik vasitə olan marixuana aşkar olunaraq götürlüb. Şübhəli şəxs ifadəsində narkotik istifadəçisi olduğunu, odlu silahı satmaq üçün Tovuz rayonuna müştəri tapmağa gəldiyini etiraf edib.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












