Tovuzda narkokuryerlik edən qardaşlar tutulub - FOTO

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakini Elçin Mikayılov, qardaşı Elnur Mikayılov və həmyerlisi Orxan Məmmədov Tovuz rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə aparmağa razılaşıb. O. Məmmədova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda 960 qram “marixuana”, 400 qram “həşiş qətranı”, 400 qram “heroin” və 63 qrama yaxın “tiryək” olan ümumi çəkisi 1 kq 821 qram narkotik maddə aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













