Tovuzda odlu silah və pul müqabilində narkokuryerlik edən şəxslər saxlanılıb - FOTO

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
Avtosfer.az-ın xəbərinə görə, araşdırma zamanı məlum olub ki, Şəmkir rayon sakinləri olan 2 nəfər yetkin yaşına çatmayan şəxslər və Emin Mustafaoğlu narkotik vasitəni 1000 manat pul və odlu silah qarşılığında ölkənin digər rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman üzərlərindən 1 kq 320 qram “heroin”, 1 kq 585 qram “marixuana”, 49 qram psixotrop maddə olan metamfetamin və aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni odlu silah və pul müqabilində çatdırılması barədə razılıq əldə etdiklərini lakin narkotik vasitəni götürən zaman silahın olmamasını bildiriblər.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Tovuz rayon Xatınlı kənd sakini Yaşar Əliyevi saxlayıb. Saxlanılan şəxsin üzərindən və yaşadığı evdən 5 bükümdə, müxtəlif çəkilərdə narkotik vasitə olan “marixuana” aşkarlanıb.
Bununlada Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 əməliyyat-axtarış tədbiri baş tutub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
















