Tovuzda qaçırılan 13 yaşlı qız ailəsinə təhvil verilib

Tovuzdan ailə qurmaq məqsədilə Xaçmaza qaçan 13 yaşlı qız ailəsinə təhvil verilib.
2010-cu il təvəllüdlü Ə.Tağıyeva polis əməkdaşları tərəfindən Xaçmazda valideynlərinə təqdim olunub.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, ailə üzvləri azyaşlını evlərinə aparmaq üçün Xaçmaza gəlib. Cinayət işi üzrə azyaşlının ifadəsi alınıb və müvafiq ekspertizalar təyin olunub.
Qeyd edək ki, mayın 20-də Tovuzda 13 yaşlı qızın itkin düşməsi barədə məlumat yayılıb. 2010-cu il təvəllüdlü Ə.Tağıyevanın yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyü açıqlanıb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polisin keçirdiyi axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Onun qaçdığı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar saxlanılan S. Kavazov barəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Saxlanılan şəxsin 44 yaşı var. Onun ilk nikahından övladlarının olduğu bildirilir. (apa)
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












