Tramp aviadispetçerlərə ultimatum verdi

ABŞ Prezidenti Donald Tramp aviadispetçerlərdən iş yerlərinə qayıtmağı tələb edib, işə çıxmayanları isə maaşlarının azaldılacağı ilə hədələyib.
Avtosfer.az xəbər verir ki, o bu barədə "Truth Social" hesabında yazıb.
"Bütün aviadispetçerlər dərhal işə qayıtmalıdırlar!", - o yazıb.
Ağ Ev rəhbəri şatdaun şəraitində işləməyə davam edənlərə 10 min dollar bonus vəd edib.
"Demokratların şatdauna dair saxta məlumat yaymaları səbəbindən məzuniyyət götürməyən və böyük vətənpərvərlik nümayiş etdirən aviadispetçerlərə, ölkəmiz qarşısındakı görkəmli xidmətlərinə görə hər adama 10 000 dollar bonuz tövsiyə edəcəyəm", - o bildirib.
Xatırladaq ki, ABŞ-də aviadispetçerlər şatdaun başlayandan (oktyabrın 1-dən) bəri maaşsız işləyirlər. Hava limanlarında kadr çatışmazlığı səbəbindən sərnişinlər kütləvi reys ləğvi və gecikmələrlə üzləşiblər.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












