“Tramp təyyarə ilə gələn ilk lider ola bilər” - Zelenski

“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə gələn ilk lider ola bilər”.
Avtosfer.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı bloqer Leks Fridmana müsahibəsində deyib.
Onun sözlərinə görə, lakin bu, ölkədə müharibə bitdikdən sonra baş tuta bilər: “Kiyev aeroportunun açılmasını çox istərdim. Ola bilsin, açarıq. Lakin bunun üçün müharibənin başa çatması, dayanıqlı sülh və hava hücumundan müdafiə vasitələri olmalıdır.
Tutaq ki, bu gün hansısa şəhərdən həmin vasitələri götürsək və aeroporta yönləndirsək, bu, ədalətsiz olardı. İnsanlar təyyarələrdən daha vacibdir. Amma an gələcək, düşünürəm ki, müharibə bitəcək və Prezident Tramp təyyarə ilə ölkəyə səfər edən ilk lider olacaq. Zənnimcə, bu simvolik hadisə olardı”.
Qeyd edək ki, Ukrayna üzərində mülki aviasiya 2022-ci il fevralın 24-də dayandırılıb.
(unikal)
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












