Trampın yeni təyyarəsi ilə bağlı diqqətçəkən detal üzə çıxdı

ABŞ Prezidenti Donald Trampın yeni prezident təyyarəsi payız aylarında əlavə modernləşdirmə işlərindən keçiriləcək və yeni təhlükəsizlik sistemləri ilə təchiz olunacaq.
Avtosfer.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt açıqlayıb.
Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin yeni "Air Force One" təyyarəsi artıq prezidentin səfərləri üçün təhlükəsiz şəkildə istifadə oluna bilər. Bununla belə, payızda əlavə modernləşdirmə və avadanlıqların quraşdırılması planlaşdırılır.
"Payızda əlavə modernləşdirmə və təchizat işləri həyata keçiriləcək. Bunun üçün təxminən bir ay vaxt tələb olunacaq. Həmin müddətdə prezident əvvəlki "Air Force One" təyyarəsindən istifadə edəcək", - deyə Kerolin Livitt bildirib.
Xatırladaq ki, Donald Tramp iyulun 19-da jurnalistlərə açıqlamasında 2025-ci ildə Qətər kral ailəsinin hədiyyə etdiyi yeni təyyarənin əlavə müdafiə sistemləri ilə təchiz ediləcəyini və bu prosesin təxminən bir ay davam edəcəyini demişdi.
Məlumata görə, Tramp iyulun 8-də Türkiyədə keçirilən NATO sammitindən yeni təyyarə ilə deyil, köhnə prezident təyyarəsi ilə qayıdıb.
"The Wall Street Journal" nəşrinin yazdığına görə, bu qərar ABŞ rəsmilərinin İsraildən İran tərəfindən mümkün sui-qəsd təhlükəsi ilə bağlı kəşfiyyat məlumatları alması fonunda verilib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, sözügedən təhlükə tam real hesab edilməsə də, Yaxın Şərqdə döyüşlərin yenidən alovlanması ehtimalı fonunda həmin məlumatlar Trampın təhlükəsizlik baxımından hələ tam təchiz olunmamış yeni təyyarədən istifadə etməməsi üçün kifayət qədər əsas yaradıb.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












