Trampla görüşə gəldiyini deyib təyyarədə insident törətdi

ABŞ prezidenti Donald Trampla danışmaq üçün Vaşinqtona uçduğunu deyən amerikalı təyyarədə asayişi pozduğuna görə həbs edilib.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, insident Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona gedən "American Airlines 5574" saylı reysində baş verib. Ronald Reyqan hava limanına enməzdən bir müddət əvvəl Texas sürücülük vəsiqəsi olan Asterius Mutayoba Rulamka adlı sərnişin pozucu və aqressiv davranışlar sərgiləyib.
Həmin şəxs oturacağından ayrılaraq təyyarənin arxasına keçib və orada stüardessanı söyməyə başlayıb. Daha sonra Rulamka hadisəni kameraya çəkən sərnişinə hücum edib və onu bir neçə dəfə vurub. Rulamka, stüardessanı da vurmağa çalışsa da, o, bundan yayınmağı bacarıb.
Bundan sonra xuliqan stüardessalar və üç sərnişin onu əyləşdirənə qədər salonda qaçmağa başlayıb. Xuliqanlıq edən şəxs dindirilmə zamanı FTB agentləri tərəfindən tutulub. O, Donald Trampla görüşmək üçün Vaşinqtona gəldiyini bildirib və “qəzəbli” olduğunu söyləyib.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












