“Trendyol”dan Azərbaycandakı karqo şirkətləri üçün YENİLİK

3 May-dan etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Təklifdə ““Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb. Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi adres olaraq təslim al nöqtəsi və öz ev ünvanını qeyd edərək, məhsulu birbaşa təhvil ala bilər.
Əlavə olaraq ölkədə fəaliyyət göstərən karqo şirkətləri üçün digər iş imkanlarıda yaradılmışdır.
“Kargolux” şirkətinin təsisçisi “Ülvi Əzizov” tərəfindən Trendyola təqdim olunan projedə bütün karqo şirkətləri üçün yeni iş imkanı yaradılmışdır. Beləliklə ölkədə fəaliyyət göstərən yerli karqo şirkətləri üçün haqsız rəqabət mühiti və inhisarlıq aradan qaldırılmış olacaqdır.

“Trendyol”un Azərbaycan müştərisinə və ölkədə olan yerli karqo şirkətlərinə verdiyi dəyəri təsdiqləmiş oldu.
Bu günümüzə kimi Trendyolun ölkədə inkişaf etdirilməsində yerli karqo şirkətlərinin böyük dəstəyi olmuşdur.
“Trendyol”a təqdim olunan “UNİTED ALLİANCE” birləşmiş şirkətlər servisi ilə platformadan sifariş edilən məhsulların tez bir zamanda Azərbaycanda ünvana və gəl al nöqtəsinə çatdırılması xidməti göstəriləcəkdir.
Yekunda, “Ülvi Əzizov” “Trendyol”un Azərbaycanda inkişaf etdirilməsi, vətəndaşlara düzgün və zamanında xidmət göstərilməsi üçün “UNİTED” servisi altında bütün imkanlarımızdan istifadə edəcəyini və müqavilə mərhələsində olduğunu vurğuladı.
Həmçinin vətəndaşların sevdiyi karqolar platformada yer alacaqdır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












