TŞ: Rusiya Qərbə cavab olaraq Belarusda nüvə silahı yerləşdirib

Rusiya Qərb qonşularının aqressiv davranışlarına cavab olaraq Belarusda taktiki nüvə silahı yerləşdirib və birgə aviasiya qrupunu gücləndirib.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, İttifaq dövlətinin yenilənmiş təhlükəsizlik konsepsiyası beynəlxalq vəziyyətin hərtərəfli təhlili əsasında təhlükəsizlik və sabitliyin təmin edilməsi üzrə ümumi vəzifələrin həyata keçirilməsinin əsas istiqamətlərini və mexanizmlərini müəyyən edəcək.
Şevtsov bildirib ki, Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl də Qərb dövlətləri Minskə hərbi-siyasi və iqtisadi təzyiqləri artırıblar: "Lakin əks effekt əldə ediblər və ən yaxın müttəfiqimizlə münasibətlərimizi daha da gücləndiriblər", deyə Nikolay Patruşevin müavini vurğulayıb. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












