Tullantıların yandırılmasına görə bir neçə bələdiyyə sədri cərimələnib - FOTO

Tullantıların qalaqlanaraq yandırılmasına görə bir neçə bələdiyyə sədri və obyekt sahibi cərimələnib.
Avtosfer.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Samux rayonunun Seyidlər kəndi ərazisində, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində, Göygöl rayonunun Toğanalı kəndində fəaliyyət göstərən “101” ictimai iaşə obyektində, Xəzər dənizinin Lənkəran rayonu Nərimanabad qəsəbəsi sahilində fəaliyyət göstərən iaşə obyektlərində və Ağdam rayonunun Xındırıstan kəndindəki “Oba” marketdə formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı Samux rayonu Seyidlər bələdiyyəsinin sədri Nailə Əsədova, Lənkəran rayonu Balıqçılar qəsəbə bələdiyyəsinin sədri Tofiq Bədəlov, “101” ictimai iaşə obyektinin sahibi Vidadi Məmmədov, Lənkəran rayonundakı iaşə obyektlərinin icarədarları Samiq Abuşov, Elşad Əhmədov, Rakif Fəttayev və “Oba” marketin nümayəndəsi Təhminə Vəlizadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














