Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başladı - FOTO

Türkiyənin paytaxtı Ankarada yerləşən "BMC Otomativ Sənaye və Ticarət" şirkətində "Altay" tanklarının kütləvi istehsalına başlanılıb.
Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, şirkətin sədri Fuat Tosyalı layihənin Türkiyə üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
"Bu, milli bir məsuliyyətdir, qürurdur. Tank sənayesinin inkişafı uzunmüddətli mübarizə nəticəsində ərsəyə gəlib. Əgər prezidentimiz bu məsələdə öz iradəsini nümayiş etdirməsəydi, bu layihə reallaşmazdı. Layihənin tərtib olunduğu ilk vaxtdan bu günə qədər biz bu yolda çox sayda uğursuzluq və təxribatla qarşılaşdıq", - deyə Fuat Tosyalı bildirib.
Fuat Tosyalı əlavə edib ki, yerli istehsal olan BATU mühərriki ilə təchiz edilmiş "Altay" tankı sınaqlardan uğurla keçib və tezliklə ordunun silahlanmasına daxil olacaq.
Məlumatda, həmçinin qeyd olunub ki, aerokosmik və aviasiya sənayesinin ixtisaslaşdırılmış mütəşəkkil sənaye zonasında yerləşən zavodda yerli istehsal olan sənaye robotları və müasir istehsal texnologiyalarından istifadə olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident


















