Türkiyə Ermənistana rədd cavabı verdi - Əvvəl Zəngəzur dəhlizi, sonra sərhəd…

Türkiyədə baş vermiş zəlzələdən sonra Ermənistanla sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. İrəvandan göndərilən humanitar yardımın zəlzələ bölgəsinə çatdırılması üçün sərhədlərin 35 ildən sonra açılması, ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri münasibətlərdə yeni mərhələnin başlanması kimi qiymətləndirilir.
Ermənistanda bəzi siyasətçilər düşünür ki, son hadisələrdən sonra iki ölkə arasında sərhədlərin açılması tezliklə reallaşacaq. Onların iddiasına görə, Türkiyənin Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbi yenidən gündəmə gəlməyəcək.
Bəs bu məqamda Türkiyə rəsmiləri nə düşünür? Ankara Ermənistanla sərhədləri açmağa hazırdırmı?

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Modern.az-a bildirib ki, Azərbaycan və Ermənistan arasında problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq:
“Bizim əvvəlcə əsas şərt olaraq qoyduğumuz Zəngəzur dəhlizi məsələsi hələ də aktivdir. Türkiyə artıq bir neçə dəfə bildirib ki, Zəngəzur dəhlizi açılmayana qədər sərhədlər açılmayacaq. Bununla bağlı hər hansı müsbət cavab görməsək, Türkiyə tərəfindən addım olmayacaq.
Masada Azərbaycanın olmamağına baxmayaraq, onun istədikləri baş tutmasa, Türkiyə-Ermənistan arasında sərhədlər açılmayacaq. Türkiyənin mövqeyi bu şəkildədir, dəyişən heç nə olmayacaq”.
AKP-ni təmsil edən deputat qeyd edib ki, indiki məqamda sərhədin açılması ən çox Ermənistan üçün vacibdir:
“Bunun olmasını istəyirlərsə, Azərbaycanın əsas şərtlərini yerinə yetirməlidirlər. Bu mövzuda mütləq Ermənistan Türkiyəyə inam verməlidir. Əks təqdirdə iki ölkə arasında sərhədin açılması mümkün deyil. Əlbəttə, sərhədlərin açılması Ermənistan üçün faydalı olacaq. Eyni zamanda bu addım Ermənistandakı vəziyyətin normallaşması üçün də vacibdir”.
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma










