Türkiyədə 21 yaşlı oğlan taksi sürücüsünü amansızlıqla öldürməyə cəhd etdi - VİDEO

Türkiyənin Antalya şəhərində taksi sifariş edən şəxs yolda sürücüyə hücum edərək onu xüsusi qəddarlıqla öldürməyə cəhd edib.
Görüntülər anbaan taksidə olan videoqeydiyyatçı tərəfindən qeydə alınıb.
Əvvəl daşla sürücünün baş nahiyəsinə zərbələr endirən sərnişin ardınca onu boğmağa cəhd edib.
Lakin sürücü son anda avtomobili təhlükəsiz qaydada saxlayaraq sükanın arxasından çıxa bilib.
Bunu görən təcavüzkar dərhal taksinin qapısını açaraq hadisə yerindən uzaqlaşıb.
Ətrafdakı insanların köməyi ilə hücuma məruz qalan taksi sürücüsü xəstəxanaya çatdırılıb.
Həkimlər sürücüyə beyin silkələnməsi diaqnozu qoyublar.
Hücumu həyata keçirən şəxs isə polislər tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Cinayət işinə baxan məhkəmə 21 yaşlı Hüseyn Şahinə 23 il 6 ay həbs cəzası kəsib.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












