Azərbaycanda bu şəxslər üçün mükafat təsis edilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan gənc alimlər üçün Akademiya mükafatı təsis edilib.
Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Gününə həsr olunmuş "Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən elmi konfransda deyib.
İ.Həbibbəyli hər il "İlin gənc alimi" nominasiyası üzrə xüsusi mükafatın veriləcəyini açıqlayıb. AMEA rəhbəri gənc tədqiqatçılara dəstək naminə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən "Gənc tədqiqatçı" jurnalının bu ildən başlayaraq 4 nömrəyə çatdırılacağını, 1 nömrənin isə ingilis dilində çap ediləcəyini diqqətə çatdırıb.
AMEA rəhbəri qeyd edib ki, Azərbaycanda gənclər siyasəti uğurla inkişaf etdirilir və hər il müxtəlif sahələri təmsil edən gənclərin dövlət əhəmiyyətli vəzifələrə irəli çəkilməsi, onların mükafatlandırılması davamlı şəkil alıb. (trend)
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ












