Türkiyədə ilk qırıcı təyyarənin mühərriki işə salındı – Martda havaya qalxacaq - VİDEO

Türkiyənin ilk qırıcı təyyarəsi HÜRJET-in mühərrikinin işə salınma sınağı uğurla həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə informasiya “yenisafak.com” saytında yerləşdirilib.
Mənbə yazır ki, Hürjet 18 mart 2023-cü ildə Çanaqqala Zəfərinin ildönümündə havaya qalxacaq.
Müdafiə Sənayesi İcraiyyə Komitəsi tərəfindən kütləvi istehsalına qərar verilən tək mühərrikli Hürjet qırıcı təyyarəsi müasir döyüş təyyarələri təlimində mühüm rol oynayacaq.
Üç tona qədər yük daşıya bilən təyyarənin uzunluğu 14, hündürlüyü 5, qanadının eni isə 9,5 metrdir.
Kütləvi istehsal prosesinin ilk ilində 6-7, növbəti ildə ayda 2, ildə 24 təyyarə istehsal olunacaq.
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir bu tarixi hadisəyə münasibət bildirib:
"HÜRJET mühərrikini işə saldı. İndi uçuş zamanıdır".
Bizim.Media
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ











