Türkiyədə sürətli hədəf təyyarəsi “Super Şimşək” istehsal ediləcək - FOTO

ANKA-3 insansız döyüş təyyarəsinin qanadları altına bərkidiləcək “Şimşək” yüksək sürətli hədəf təyyarəsinin yeni versiyası hazırlanır.
Bu barədə Türk Aviasiya və Kosmik Sənaye (TUSAŞ) şirkətinin insansız hava vasitələri mühəndisliyi üzrə direktoru Bülent Korkem məlumat verib.
Bülent Korkem bildirib ki, ortaya çıxan platforma sanki “Şimşəy”in böyük qardaşı” kimi olacaq. O, yeni təyyarəyə “Super Şimşək” adını verdiklərini qeyd edib.
Korkemin sözlərinə görə, “Super Şimşək” ilk növbədə hədəf təyyarəsi olacaq, ardınca isə saxta hədəf və hücum məqsədli, döyüş sursatlarına malik olan yeni versiyaları hazırlanacaq.
Döyüş sursatlarına malik olan versiyalarda fərqli formalarda başlıqlardan istifadə ediləcək. “Buna görə də “Super Şimşək” hava-yer, hava-hava hücum missiyalarını yerinə yetirəcək, üzərinə öz imkanları daxilində elektron döyüş sistemləri quraşdırılacaq və yerdəki düşmən sistemlərini aşkar edib hücum gerçəkləşdirə biləcək. 700 kilometrdən çox məsafə qət etməsini gözləyirik”, - deyə o vurğulayıb. (oxu.az)
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır











