Türkiyəli müğənninin özünə Yeni il hədiyyəsi: “Gəzən ev” aldı - FOTO

Türkiyəli müğənni Aslı Hünel Yeni il hədiyyəsi olaraq özünə yeni lüks avtomobil alıb.
Avtomobili isə “Gəzən ev” adlandırıb.
Məhdud sayda istehsal olunan bu avtomobillərdə qəhvə maşını bölməsindən tutmuş xüsusi zərgərlik bölməsinə qədər hər şey var.
Türkiyəli iş adamı Savaş Yurtseverlə xoşbəxt evliliyi olan 45 yaşlı Aslı Hünel bu avtomobillə özünü mükafatlandırdığını bildirib.
O qeyd edib ki, televiziya proqramlarının çəkilişlərinə görə vaxtının çoxunu yolda keçirir və ona görə bu addımı atıb. “Çox işləyirəm və özümü mükafatlandırmaq istədim. Proqram çəkilişləri üçün diyar-diyar gəzirik. Həyatım sözün əsl mənasında yollarda keçir. Mən də buna görə özüm üçün “gəzən ev” düzəltdirdim”, - deyə müğənni vurğulayıb.
İçində iki televizor, soyuducu, qəhvə maşını, peyk antenası, “Apple TV”, paltar asılqanı, xüsusi zinət əşyaları bölməsinə qədər hər şeyin olduğu və xüsusi dizayn edilən avtomobilin qiyməti ilə bağlı isə müğənni açıqlama vermək istəməyib.
oxu.az
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











