Türkiyəli professor: “Zəngəzur dəhlizinin açılmasını tezləşdirmək mümkündür”

“Zəngəzur dəhlizi təkcə Azərbaycan və bölgə ölkələri üçün deyil, Şərqdə Çindən, hətta Yaponiyadan, Koreyadan başlayaraq Qərb ölkələrinədək bir coğrafiya üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də Şərqdən Qərbədək ölkələrin maraq dairəsi böyüdükcə bu məsələnin reallaşması daha da tezləşər”.
Bunu “Report”un Ankara bürosuna Ankara Universiteti Asiya-Sakit Okean Tədqiqatları Tətbiq və Araşdırma Mərkəzinin müdiri, professor Ali Merthan Dündar bildirib.
Zəngəzur dəhlizinin regiondakı rolunu dəyərləndirən professor deyib ki, indiki Ermənistanın Mehri rayonu ərazisindən keçəcək bu dəhliz bütün region dövlətlərinin maraqlarına cavab verir. Məsələ Ermənistanın da xeyrinə olsa da, bu ölkə xarici qüvvələrin fitvasına uyaraq öz əleyhinə hərəkət edir:
“Azərbaycanın digər hissəsi ilə Naxçıvan arasına Ermənistanın yerləşdirilməsi və qədim türk torpaqlarının başqa xalqlara verilməsi günümüzdəki ən böyük problemlərdən biridir.
Məlumdur ki, 2020-ci il noyabrın 9-da imzalanmış Üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılması, təhlükəsizliyin təmin edilməsi kimi maddələr yer alıb. Amma Ermənistan öz siyasəti xaricində digər xarici maraqlı tərəflərin məcburiyyəti ilə Zəngəzur dəhlizindən bəhs etmək istəmir. Görünür, bu torpaqları öz ərazisi hesab edərək Zəngəzur adını da qəbul etmir. Beləliklə də hər hansı bir koridorun açılması məsələsini də yaxına buraxmır. Şübhəsiz ki, bu bəhanələrlə də bölgədə çıxılmaz vəziyyət yaradır”.
Məsələyə geniş perspektivdən baxan mütəxəssis deyib ki, Şərqlə Qərb arasında körpü rolunu oynayan Zəngəzur dəhlizi vasitəsilə qurulan əlaqələr şəbəkəsi Çinin əvvəlcə “Bir nəsil, bir yol” sonra isə “Nəsil-yol” adlandırdığı XXI əsrin Yeni İpək yolu layihəsinin tərkibini təşkil edə bilər:
“Çünki Zəngəzur dəhlizi elə bir coğrafiyada yer alır ki, orta yol, orta xətt olaraq, həqiqətən də, böyük əhəmiyyətə malikdir. Ona görə də bu dəhliz təkcə Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə, İran, Rusiyaya aid hesab edilməməlidir. Belə demək mümkünsə, Çin, Avropa İttifaqı kimi fərqli qüvvələr də bu layihəyə cəlb olunmalıdır. Maraqlı ölkələri cəlb etmək problemin çözümündə böyük rol oynayacaq”.
Mütəxəssisin fikrincə, bu mənada tərəflərin bir masa ətrafında oturub müvafiq qərar vermələri də məsələnin həllini sürətləndirər:
“İnanıram ki, Azərbaycan dövlətinin hərbi qüdrəti olduğu kimi, məsələnin diplomatik yolla həll etmə gücü və bacarığı da var. Şübhəsiz, Türkiyə dövləti də hər zaman olduğu kimi, bu məsələlərdə də Azərbaycanın, qardaşlarımızın yanında olacaq. Ermənistan dövlətini yoxsulluqdan çıxaran bu layihənin ən çox ona fayda verəcəyini anlayanadək bu diplomatik danışıqlar davam etməlidir”.
Zəngəzur dəhlizinin türk dünyasının gələcəyi baxımından da çox faydalı olduğunu söyləyən professor bunun İranda narahatlıq yaratmasına da mövqeyini bildirib:
“Türk dünyasının birləşməsini istəməyən İran da bu vəziyyətdən narahatdır. Ancaq İran başa düşməlidir ki, eyni kökü, dili, mədəniyyəti, tarixi olan xalqların bir-birləri ilə mədəni, ticari, iqtisadi əlaqələr qurmaq cəhdləri təbiidir və bu, gec-tez baş verəcək. Odur ki, iqtisadi baxımdan ona da dividend gətirəcək bir layihəyə mane olmaq Ermənistan kimi, İranın da öz əleyhinə getməsidir”.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO













