Türkiyənin güclü lazer silahı hədəfi tam dəqiqliklə vurdu - VİDEO

Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə başlanan və əsas podratçı “Roketsan” tərəfindən həyata keçirilən asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyasından istifadə edən çox təsirli hibrid müdafiə sistemi olan ALKA İstiqamətləndirilən Lazer Silah Sistemi layihəsi tam sürətlə davam edir.
Layihə çərçivəsində hazırlanmış hədəf aşkarlama radarı, hədəf izləmə və elektromaqnit sistemi ilə təchiz edlən yüksək güclü lazer silahı nümayiş olunub.
Təqdimat zamanı müxtəlif güc səviyyələrində və fərqli daşıyıcı platformalar (sabit, portativ və mobil) üçün inteqrasiya olunmuş məhsul ailəsi kimi hazırlanan milli lazer silah sistemi həlli təqdim edilib. Onun imkan və effektivliyi atış testləri vasitəsilə təsdiqlənib.
Layihədə lazer mənbəyi “Ermaksan” şirkəti də istehsalçısı kimi də iştirak edir.
Sınaqlardan görüntüləri müdafiə sənayesi naziri İsmail Dəmir sosial media hesabında paylaşıb. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












