Türkiyənin ilk aviadaşıyıcısı “TCG Anadolu” suya buraxıldı

Bu gün Türkiyənin ilk aviadaşıyıcısı “TCG Anadolu” suya buraxılıb.
Gəminin Türk Silahlı Qüvvələrinin güclənməsində müstəsna rolu olacaq.
Rəsmi mərasimdə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak edib.
“TCG Anadolu” TSQ-nin dünya sürətlə ikinci soyuq müharibəyə doğru irəlilədiyi bir vaxtda transformasiyasını təmsil edir. Belə ki, TSQ artıq Afrikadan Qafqaza qədər təsir dairəsinə malikdir.
Ümumiyyətlə, Türkiyə müdafiə sənayesinin texnoloji inkişafı və ixracat potensialı getdikcə artmaqdadır.
Buna əlavə olaraq, Türkiyə Hərbi Dəniz Qüvvələrinin məqsədi artıq mərhələli şəkildə açıq dəniz donanması qurmaq və dəniz donanmasını robotlaşdırılmış döyüş imkanları ilə təchiz etməkdir. Ölkənin ilk təyyarə gəmisi “TCG Anadolu” isə məhz bu məqsədə nail olmağın çözüm yoludur.
Sinfinin bənzərləri olan Avstraliya və İspaniya donanmalarının Juan Carlos I, Canberra və Adelaide gəmilərindən fərqli olaraq “TCG Anadolu”nun gövdəsinə silahlı pilotsuz uçuş aparatları da enə biləcək. Bu da gəmini onlardan daha üstün xüsusiyyətlər ilə təmin edir.
30 min tonluq “TCG Anadolu” kimi strateji döyüş gəmiləri əməliyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edirlər. Bu da o deməkdir ki, Türk Silahlı Qüvvələrinə aid olan bu gəmi, həmçinin, müttəfiq ölkələrindən olan gəmilərlə də birgə əməliyyatlar keçirərək, ölkənin güc və prestijini yüksəltməyə qadirdir.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












