Türkiyəyə aparılan dərmanlar gömrükdə saxlanıldı

Azərbaycandan tranzit keçməklə qanunsuz daşınmanın qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən xəbərə görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunda Azərbaycan ərazisindən tranzit qaydada keçməklə Rusiyadan Türkiyəyə “gigiyenik vasitələr” yükünü daşıyan nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindən mal müşayiət sənədlərində göstərilməyən, gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formada bəyan edilməyən 9990 qutuda, 325 paketdə, 42 plastik qabda, 761 flakonda qablaşdırılan 27 müxtəlif adda dərman vasitələri, həmçinin üzərində heç bir yazı qeyd olunmayan 637 flakon maye, üzərində “Neofin” yazısı olan 400 qutu və hər hansı yazı olmayan 350 ədəd karton kağız, 320 ədəd üzərində yazı olmayan şəffaf plastik qablar, üzərlərində “Neofin/ Neofin”, “Neofin Aqua”, ‘www.neofın.bio vertification” yazıları olan 16 rulon stikerlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












