“Twitter” 1,5 milyard hesabı siləcək

"Twitter" xidməti istifadəçi bazasını təmizləməyi planlaşdırır.
Bunu sosial şəbəkənin sahibi İlon Mask bildirib.
Maskın sözlərinə görə, 1,5 milyard "Twitter" hesabı tezliklə silinəcək.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Mask hesabların silinməsi üçün iki meyar qeyd edib. İlk növbədə, tvitlərin olmadığı hesablar və sahibinin "illərdir" profilinə daxil olmadığı səhifələr silinəcək.
Milyarder qeyri-aktiv hesabların kütləvi şəkildə silməsinin səbəbləri barədə ətraflı açıqlama verməyib. Ekspertlərin fikrincə, bu yolla qeyri-aktiv hesablar üçün istifadə olunan adların sərbəstləşdirilməsi planlaşdırılır.
Mask silinmənin nə vaxt başlayacağını da dəqiq deməyib.
Qeyd edək ki, 2019-cu ildə "Twitter" texniki xidməti hesabların heç vaxt silinməyəcəyinə söz verib. Bu, ölən insanların profillərinin "Twitter"də saxlanılması üçün edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












