Üç il əvvəl fəlakət yaşanan kruiz gəmisində daha bir həyəcan təbili

ABŞ-yə məxsus “Ruby Princess” kruiz gəmisində 300-ə yaxın sərnişin və heyət üzvü bağırsaq infeksiyasına yoluxub.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Qeyd olunub ki, kruiz fevralın 26-dan martın 5-dək baş tutub, layner artıq Texas ştatının Qalveston şəhərinə yanaşıb. Xəstəlik 2881 nəfərdən ən azı 284-nə təsir edib. Onlar qusma və ishal kimi simptomlarla üzləşiblər.
Baş verənlərin dəqiq səbəbi bilinmir.
Ancaq gəminin sahibi olan “Princess cruises” şirkəti “norovirus”u ən çox ehtimal olunan səbəb adlandırıb.
Qeyd edək ki, “norovirus” adətən “kruiz gəmisi virusu” hesab olunur.
Xatırladaq ki, 2020-ci ildə “Ruby Princess” gəmisi koronavirusun ocağına çevrilmişdi. Həmin vaxt layner yüzlərlə yoluxmuş insanla Sidney limanına yanaşmışdı. Daha sonra yoluxanların sayı 663 nəfərə çatmış, onlardan da 28-i həyatını itirmişdi.
oxu.az
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











