Ucar-Hacıqabul dəmir yolu sahəsində dəyişən cərəyan sisteminin tətbiqi üzrə işlər başa çatdı

Bakı-Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar-Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər tamamlanıb və həm yük, həm də sərnişin qatarlarının test yürüşləri həyata keçirilib.
Avtosfer.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Bildirilib ki, enerji səmərəliliyini artırmaq, texniki qulluğa sərf olunan vaxtı azaltmaq, təhlükəsizlik səviyyəsini yüksəltmək və stansiya-sahələrdə avadanlıq sayını minimuma endirmək məqsədilə bu hissədə rabitə və işarəvermə sistemləri də yenilənib, işarəvermə, rabitə və idarəetmə proseslərinin paralel işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib. Bununla Ucar–Hacıqabul sahəsində AC sisteminə tam keçid təmin olunub.
Qeyd olunub ki, AC sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü artırmaqla dəmir yolu ilə daşınan yük həcmlərinin çoxalmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın sadələşməsinə və qatarların hərəkət sürətinin yüksəlməsinə şərait yaradacaq. Dünyanın aparıcı ölkələrində – o cümlədən Avropada və Çində – müasir magistral xətlər, beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələr məhz AC sistemi ilə işləyir ki, bu da uzun məsafələrdə yüksək sürət və sabit enerji təchizatı deməkdir.
Həmçinin vurğulanıb ki, dəyişən cərəyan texnologiyasına keçid təkcə texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıq öhdəliklərinin tərkib hissəsidir: dizel dartısına tələbat azalır, enerji səmərəliliyi artır, karbon emissiyaları minimuma enir və beləliklə dəmir yolu daha rəqabətqabiliyyətli, ekoloji cəhətdən dayanıqlı nəqliyyat növünə çevrilir.
Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını da mərhələli şəkildə genişləndirir: hazırda parkda AC ilə işləyən 15 müasir sərnişin qatarı və 50 lokomotiv mövcuddur. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla, 9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit (DC), həm də dəyişən cərəyan (AC) ilə işləyir.
Bundan əvvəl Bakı–Böyük Kəsik magistralında Böyük Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində də AC-yə keçid təmin olunub. Layihənin son mərhələsi kimi 2026–2027-ci illərdə Hacıqabul–Bakı sahəsində (127 km) də AC sisteminə keçid planlaşdırılır. Bu mərhələ tamamlandıqdan sonra bütün Bakı–Böyük Kəsik xətti dəyişən cərəyan əsasında işləyəcək və Azərbaycanın dəmir yolu infrastrukturu beynəlxalq standartlara uyğun müasir şəbəkəyə çevriləcək.
ADY-nin məlumatına görə, Bakı–Böyük Kəsik xətti ölkə ərazisindən keçən beynəlxalq magistral dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas xətt olduğundan, AC sisteminin tətbiqi Orta Dəhlizdə əməliyyat səmərəliliyini və yük həcmlərini artıracaq; dəniz və avtomobil nəqliyyatı ilə müqayisədə dəmir yolunun rəqabət qabiliyyəti yüksələcək və Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyi daha da güclənəcək.
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO










