Ucarda DƏHŞƏT: 42 yaşlı qadını boğub öldürdülər

Xəbərlər 18 Avqust 2023 11:49
Ucarda DƏHŞƏT:  42 yaşlı qadını boğub öldürdülər
WhatsApp kanalımıza abunə olun

Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981 təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Oxunub : 592
ŞƏRH YAZ
Ad

E-mail

Şərh