Ucarda məktəblilərlə maarifləndirici tədbir keçirildi - FOTO

Ucar rayonu Qazyan kənd 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri”, “Ailələrdə məişət zorakılığı” və “Dini radikalizm” mövzularında maarifləndirici görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib.
Daha sonra çıxış edən digər iştirakçılar erkən nikaha qarşı görülən işlərdən söz açaraq, bu məsələ ilə bağlı həm yeniyetmə və gənclərimizin, həm də onların valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Erkən yaşda qurulan nikahlarların yeniyetmələrin sağlamlığına və gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini, bunun da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarının ortaya çıxmasına səbəb olduğunu bildirilib.
Tədbirin sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Ən fəal iştirak edən şagirdlər isə Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
















