Ucarda narkotik vasitəni taxıl anbarında gizlədən şəxs saxlanılıb - FOTO

Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Çiyni kənd sakini Anar Əliyev saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən və taxıl anbarı kimi istifadə edilən yardımçı tikilidən külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, A.Əliyev tərəfindən arpa dənlərinin altında gizlədilmiş və təmiz çəkisi 1 kiloqram 580 qrama yaxın olan 300 ədəd kibrit qutusunda və 17 ədəd kağız bükümdə qablaşdırılmış marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Əliyev həmin marixuananı ötən ilin may ayında həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildirib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı əvvəllər də narkotiklərə görə məhkum olunmuş rayon sakini Məmməd Abdullayev də saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə ondan iki kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI















