ÜGT nümayəndə heyəti Gömrük Akademiyasında olub - FOTO

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbərliyi və Koreyanın “HO Entertainment Corp” şirkətinin nümayəndələri Akademiyaya səfər ediblər. Avtosfer.az xəbər verir ki, Akademiyada gömrük əməkdaşları üçün təşkil edilən və “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT Virtual Reallıq Təlim Proqramı” çərçivəsində baş tutan görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbəri Taeil Kang, “HO Entertainment Corp” şirkətinin, Dövlət Gömrük Komitəsinin nümayəndələri və Akademiyanın əməkdaşları iştirak ediblər.
Görüşdə Azərbaycan gömrük xidməti və ÜGT arasında mövcud əlaqələrdən, Akademiyanın fəaliyyəti, inkişaf istiqamətlərindən, ÜGT-nin kadr potensialının daha da inkişaf etdirilməsində dəstəyindən və əməkdaşlığın perspektivlərindən bəhs edilib.
Daha sonra görüşdə Akademiyanın ümumi fəaliyyəti, beynəlxalq əlaqələri və layihələr haqqında məlumat verilərək Akademiya və ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığı arasında kadr potensialının gücləndirilməsi sahəsində əlaqələri, xüsusilə, virtual reallıq texnologiyası vasitəsilə təlimlər, ÜGT-nin “CLiKC! E-learning” platformasının Akademiya tərəfindən Azərbaycanda milli koordinasiyası, direktoratlıqla gələcəkdə nəzərdə tutulan digər əməkdaşlıq imkanları barəsində geniş təqdimat nümayiş etdirilib.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO













