Ukraynalı jurnalistlər işğaldan azad edilmiş Füzuli şəhərinə səfər ediblər - FOTO

Bu gün bir qrup ukraynalı jurnalist işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edib.
“Report” xəbər verir ki, Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNİAN informasiya agentliyinin, “Ukraina seyças” və “Tretya sila” internet nəşrlərinin əməkdaşları Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.
Jurnalistlərə işğal dövründə erməni terroru nəticəsində Füzuli rayonunun 105 min əhalisinin pərən-pərən düşdüyü, digər işğaldan azad olunmuş rayonlar kimi, Füzulidə də yararlı bina qalmadığı, ictimai binalar, evlər, zavodlar, fabriklər, məktəblər, uşaq bağçalarının yerlə yeksan edildiyi, bu vəhşiliklərlə Ermənistanın özünün əsl simasını göstərdiyi haqda ətraflı məlumat verilib.
Səfər çərçivəsində Füzulidə tikilmiş beynəlxalq hava limanı ilə tanış olan jurnalistlər qısa zaman ərzində görülən quruculuq işlərindən heyrətləndiklərini bildiriblər.
Ukraynalı media nümayəndələrinə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, o cümlədən Füzulinin yenidən bərpa olunacağı və bu torpaqlara yenidən həyat qayıdacağı barədə məlumat verilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












