AYNA-da Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir təşkil olunub - FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) növbəti tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Avtosfer.az xəbər verir ki, AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov çıxış edərək Ulu Öndərin zəngin həyatına və mənalı ömür yoluna nəzər salıblar. Bildirilib ki, uzaqgörən lider, cəsarətli insan, həyatını xalqına həsr edən, bütün dövrlərdə ölkəsinə sədaqətlə xidmət göstərən, Azərbaycanı inamla irəliyə aparan və dünyada tanıdan Heydər Əliyevin əvəzolunmaz xidmətləri sayəsində bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınır.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















