Ülvi Mehdiyev: “ASAN xidmət” təcrübəsini artıq başqa ölkələrə ixrac edir”

“ASAN xidmət” fəaliyyətinin praktikliyi, əlçatanlığı, səmərəliliyi sayəsində populyarlıq qazanıb və indi öz təcrübəsini maraqlı digər ölkələrə ixrac edir".
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən, “ASAN xidmət”in 10 illiyinə həsr olunmuş “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Dövlət Agentliyinin rəhbəri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi olmasaydı, “ASAN xidmət” bu zirvələrə çata bilməzdi.
Onun sözlərinə görə, “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət xidmətlərinin göstərilməsində korrupsiyanın və bürokratik əngəllərin aradan qaldırılması idi.
O qeyd edib ki, bu illər ərzində ASAN modeli qabaqcıl təcrübəyə görə bir sıra mükafatlara layiq görülsə də, Dövlət Agentliyi xüsusi indeks vasitəsilə strukturun iş keyfiyyətini qiymətləndirən ziyarətçilərin rəylərini dinləməklə xidmətlərinin keyfiyyətini artırır.
“Report”
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












