“Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar veloyürüş keçirilib - FOTO

22 sentyabr “Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin, Azərbaycan Velosiped Federasiyasının, Azərbaycan Gənclər Fondunun nümayəndələrindən və Azərbaycan Könüllü Təşkilatları İttifaqının könüllülərindən ibarət 50 həvəskar velosipedçinin iştirakı ilə Abşeron Milli Parkı ərazisindəki yeni salınmış velosiped zolağında veloyürüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova Oxu.Az-a bildirib ki, veloyürüş ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
“Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar əllərində üçrəngli bayrağımızı tutaraq 6 km-lik velosiped zolağını qət ediblər”.
S.Məmmədova onu da qeyd edib ki, ətraf mühitin mühafizəsinə həsr edilmiş “Ümumdünya Avtomobilsiz Günü”nün qeyd olunmasına ilk dəfə 1997-ci ildə Böyük Britaniyada başlanıb. Hazırda bu aksiyaya dünyanın 46 ölkəsindən 2000-dən çox şəhər qatılır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












