"Unibank" hipermarketə silahlı hücumla bağlı məlumat yaydı

Xətai rayonunda hipermarketə silahlı hücum zamanı həlak olan və yaralanan şəxslər "Unibank"ın əməkdaşları olub.
Avtosfer.az xəbər verir ki, bu barədə maliyyə qurumu məlumat yayıb.
"Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həşimov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Silahlı hücum nəticəsində ağır yaralanan "Unibank"ın əməkdaşı, kassir-inkassator Şaydayev Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir Şaydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müəlicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.", - deyə bankdan bildirilib.
Qeyd olunub ki, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur", - deyə "Unibank"dan bildirilib.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










