Azərbaycanda universitetlərdə YENİLİK - Bu ildən tətbiq olunacaq

Yeniliklər 29 İyun 2026 13:51
Azərbaycanda universitetlərdə YENİLİK - Bu ildən tətbiq olunacaq
WhatsApp kanalımıza abunə olun

Universitetlərdə diplomlar bu ildən onlayn veriləcək.

Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən Azərbaycanın ali məktəblərinə təlimatlar verilib.

"Diplomların bu təhsil ilindən etibarən elektron, onlayn formada tələbələrə təqdim olunması artıq müzakirə olunub və zəruri hazırlıqlar başlayıb", - deyə ali təhsil mərkəzlərindən bildirilib.

O da qeyd edilib ki, diplomlar bakalavrlarla yanaşı magistratura tələbələrinə də elektron təqdim olunacaq.

Nəticədə tələlər diplomunu "my gov" platformasından asanlıqla əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrində diplomlar elektron qaydada deyil, əsasən fiziki formada hazırlanaraq məzunlara təqdim edilir. Diplom blanklarının hazırlanması, məlumatların yoxlanılması, qeydiyyat və imzalanma prosedurları səbəbindən bu proses bir neçə ay davam edə bilir.

Oxunub : 238
ŞƏRH YAZ
Ad

E-mail

Şərh