Bu küçədə "manatlıq" taksilər özbaşınalıq edir - Nəzarət yoxdur - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması istiqamətində mütəmadi nəzarət tədbirləri görülür.
Qeyd olunub ki, dayanma və durma qaydalarını pozaraq yolun hərəkət intensivliyinə maneə yaradan sürücülərlə bağlı inzibati qaydada tədbirlər həyata keçirilir.
*** 13:00
Paytaxtın Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində kütləvi şəkildə qayda pozan sürücülər qeydə alınıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” xəttinə videomaterial göndərərək ətraflı məlumat verib. Kadrlardan göründüyü kimi, sözügedən ərazidə müxtəlif markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini bucaq altında park edərək hərəkət zolağını zəbt ediblər.
Nəticədə ərazidən keçən sürücülər zolaqda hərəkət edə bilmədikləri üçün məcbur qalaraq əks istiqamətli yola çıxıblar. Bu isə onların həm qayda pozmalarına, həm də qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
Şikayətçinin sözlərinə görə, həmin ərazidə demək olar ki, hər gün eyni mənzərə müşahidə olunur və hərəkət zolağını zəbt edən sürücülərin əksəriyyəti qeyri-rəsmi şəkildə “manatlıq” taksi fəaliyyəti ilə məşğul olan şəxslərdir.
Üstəlik, sürücülər avtomobillərini piyada keçidinə və avtobus dayanacağına yaxın ərazidə saxlayıblar.
İzləyici aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.
Nərmin
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO












