Uşaq sığınacağına yerləşdirilən zorakılıq qurbanlarının sayı AÇIQLANDI

2023-cü ilin ilk 3 ayı ərzində uşaq sığınacağına yerləşdirilən zorakılıq qurbanlarının sayı açıqlanıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınavağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, yanvar, fevral, mart aylarında mərkəzə 29 nəfər daxil olub:
“16 nəfər yalnız mart ayında gələnlərdir. 29 nəfərdən 4-ü qadın, digəri azyaşlılardır. Ən kiçik uşaq 2, ən böyük isə 17 yaşındadır. Ümumilikdə 25 nəfər uşaqdan 5-i oğlan, 20-si qızdır.
Sığınacağa yerləşdirilən qadınların ortalama yaşı 21-34 yaş aralığında dəyişir. Onlar arasında 21 yaşlı qadının 14 yaşında ilk dəfə doğum etdiyi müəyyən olunub. Hazırda isə 3-cü uşağına hamilədir, hamiliyi 6-cı ayındadır. Təəssüf ki onlar hər biri zorakılıq qurbanıdır”. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












