Uşaqların gözü qarşısında narkotik istifadə edən şəxslə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Vətəndaş uşaqların gözü qarşısında narkotik vasitəsindən istifadə edib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, həmin şəxs narkotik qəbul edən zaman azyaşlı uşaq videonu çəkib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş Zaur Şirinov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı iyun ayında şübhəli şəxs qismində saxlanılıb:
“Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb. Səsləndirilən iddialar istintaq predmetidir və hazırda da başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”. (oxu.az)
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR











