ÜST-dən isti havalarla bağlı XƏBƏRDARLIQ: Bunlara əməl edin

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe 2023-cü il və ondan sonrakı illərin tarixin ən isti illəri ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Kluqe istidən qorunmaq üçün məsləhətlər verib. Onun sözlərini BMT-nin mətbuat xidməti “Nature” elmi nəşrinin məlumatlarına istinadən yayıb.
Materialda qeyd olunur ki, keçən il Avropada baş verən istilər 60 mindən çox insanın həyatına son qoyub ki, bu da alimlərin proqnozlarından üç dəfə çoxdur.
Təşkilat qısamüddətli hava proqnozunu diqqətlə izləməyi və səlahiyyətlilərin fərmanlarına əməl etməyi tövsiyə edib. Hans Kluqe daha tez-tez sərin su içməyə, günün ən isti vaxtında bayıra çıxmamağa, uşaqları və heyvanları park edilmiş avtomobillərdə qoymamağa çağırıb.
Bundan əlavə, yaşayış sahəsini həddindən artıq istiləşmədən qorumaq üçün pəncərələrin pərdə ilə örtülməsi də tövsiyələr arasındadır.
Bundan əvvəl Ümumdünya Meteorologiya Təşkilatı hazırkı həddindən artıq isti havanı yeni norma adlandırmışdı. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












