ÜST ən məşhur brendin içkisində xərçəng törədən maddə aşkarladı

Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) dadlandırıcı "aspartam"ın xərçəngə səbəb ola biləcəyini açıqlayıb.
Aspartam digər şeylərlə yanaşı, "Coca-Cola", pəhriz içkiləri və "Mars Extra" saqqızında süni dadlandırıcı kimi istifadə olunur.
ÜST-ün Qida Əlavələri üzrə Birgə Ekspert Komitəsi (JECFA) 1981-ci ildə qərar verib ki, aspartam gündəlik lazım olan miqdarda istehlak edildikdə təhlükəsizdir. Bu həddi aşmaq üçün bir yetkin 36 qutuya qədər aspartam sərinləşdirici içki içməlidir.
"Coca-Cola" və "Pepsico"nun daxil olduğu Beynəlxalq Şirinləşdiricilər Assosiasiyası (ISA) IARC-lərin istehlakçıları çaşdırması ilə bağlı "ciddi narahatlıqlarının" olduğunu söyləyib.
"IARC qida təhlükəsizliyi orqanı deyil və onların aspartamla bağlı araşdırması elmi cəhətdən əhatəli deyil. Geniş şəkildə nüfuzdan düşmüş tədqiqatlara əsaslanır", deyə ISA-nın baş katibi bildirib. (lent.az)
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











