ÜST yenidən maska taxmağa çağırdı

Koronavirusun “Omikron” variantının bir çox ölkələrdə, xüsusən də ABŞ-də yenidən artmasından sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrə, hava yolu ilə səyahət edən sərnişinlərə maska taxmağı tövsiyə edib.
ÜST-nin Avropa Fövqəladə hallar üzrə direktoru Ketrin Smolvud bu günə qədər virusun ən sürətli yayılan “XBB.1.5” altvariantının Avropada az olduğunu, lakin getdikcə artdığını mətbuat konfransında açıqlayıb.
Sərnişinlərə riskin daha yüksək olduğu hallarda, məsələn, uzun sürən təyyarə səfərlərində maska taxmaq tövsiyə olunub.
Bu günə qədər ən sürətli yayıldığı aşkar edilən “Omikron”un altvariantı olan “XBB.1.5” yanvarın 7-nə qədər aparılan araşdırmalarda ABŞ-də koronavirus xəstələrinin 27,6 faizində təsbit olunub.
Mütəxəssislər deyirlər ki, mövcud vaksinlər xəstələri ağır simptomlardan, xəstəxanaya yerləşdirmə nisbətlərindən və ölümdən əhəmiyyətli dərəcədə qoruyur.
Mənbə: Haber Global
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











