Vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur

Bu gün yığılmış problemlər və onların həlli üçün atılan addımlar var.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bu qanunun qəbulunda əsas məqsəd vətəndaşların hüquqlarının qorunmasıdır və vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur: “Vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər nə bu qanun layihəsində, nə də nazirliyin fəaliyyətində yoxdur. İctimai nəqliyyatın xidmət keyfiyyətinin artırılması üçün diqqət artırılmalıdır. İctimai nəqliyyat gəlirli sahə olmadığına görə bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. İctimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












