“Vaqner”çilər Rusiyaya məxsus daha bir hərbi helikopteri vurdular - YENİLƏNİB - VİDEO

“Vaqner” özəl hərbi şirkətinin üzvləri Rusiya ordusuna məxsus daha bir hərbi helikopteri vurub.
Bununla bağlı “Vaqner”ə yaxın mənbələr məlumat yayıb.
Bildirilib ki, helikopter “Vaqner” üzvlərinə hücum etmək istəyib.
Bundan əvvəl, “vaqner”çilər Rusiya ordusuna məxsus “Mi-8” və “Mi-35” helikopterlərini vurduqlarını bildiriblər.
09:56
Sosial şəbəkələrdə Voronej vilayətində çəkilmiş kadrlar geniş rezonans doğurub.
Oxu.Az xəbər verir ki, görüntüləri paylaşan yerli sakinlər kadrlarda vurulan Rusiya helikopterinin yanmasının əks olunduğunu bildiriblər.
Qeyd edək ki, sözügedən görüntülərin Voronej vilayətinin Pavlovsk rayonunda çəkildiyi bildirilir.
05:40
Rostovda Rusiya ordusu ilə “Vaqner” arasında ilk toqquşma olduğu iddia edilən kadrlar yayılıb.
Bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilib.
Bundan əlavə “Vaqner” rəhbəri Yevgeni Priqojin daha bir açıqlama verib. Yevgeni Priqojinin sözlərinə görə, onlara atəş açan Rusiya ordusuna məxsus zərbə helikopteri məhv edilib.
05:12
“Bu dəqiqələrdə Baş Qərargah rəisi “Vaqner” üzvlərinin kolonlarına aviasiya zərbələri endirməyi əmr edib”.
Bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojinin sosial şəbəkədəki müraciətində qeyd olunub.
“Pilotlar bu əmri yerinə yetirməkdən imtina ediblər”, - deyə o qeyd edib.
03:20
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səsyazısı yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilir.
“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”, - deyə səsyazısında qeyd olunur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












