Varlı ruslar səfərbərliyə görə milyonlar ödəyib şəxsi təyyarələrlə QAÇIRLAR

“The Guardian” nəşri Rusiya Federasiyasında Vladimir Putinin elan etdiyi qismən səfərbərliyə görə varlı rusların “tezliklə hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanacağı qorxusuna görə” ölkəni hansı yollarla tərk etdiyi barədə məqalə dərc edib.
Avtosfer.az xəbər verir ki, indi şəxsi təyyarələrdə uçuşlar üçün ən populyar istiqamətlər Ermənistan, Türkiyə və Azərbaycandır. Çünki bu dövlətlər rus vətəndaşlarından viza tələb etmir.
Bildirilib ki, təyyarədə oturacaq yerinin qiyməti 1,3 milyon rubldan 1,5 milyon rubla qədərdir (təxminən 37700 - 43500 manat civarında), səkkiz nəfərlik oturacağın kirayəsi 5-9 milyon rubla (təxminən 145-261 min manat) başa gələcək. Bu, adi haldan qat-qat daha bahadır, məqalədə qeyd olunur.
Bu cür xidmətlərin provayderi olan “Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov tələbin artımını “dəlilik” adlandırıb:
Adətən gündə 50 müraciət alırdıq, indi isə beş minə yaxındır. Nəşrin digər həmsöhbəti, “FlightWay” şirkətinin rəhbəri Eduard Simonov bildirib ki, Ermənistan, Türkiyə, Qazaxıstan və Dubaya şəxsi təyyarələrlə uçuşlara tələbat 50 dəfə artıb.
“The Guardian” hesab edir ki, bu il Rusiya milyonerlərinin təxminən 15%-i Rusiyanı tərk edib və qismən səfərbərlik xəbərləri “ehtimal ki, bu tendensiyanın şiddətini artırıb”.
“The Guardian” yazır ki, indi Rusiyada özəl aviasiya xidmətlərindən təkcə milyonçular istifadə etmir. Belə ki, ötən gün mətbuatda şirkətlərin çarter reysləri alması və kişi işçiləri ailələri ilə birlikdə çıxarması barədə məlumatlar yayılıb.
Qismən səfərbərlik elan edildikdən sonra bir çox ölkə sakini xaricə getməyə tələsib, əsasən vizasız ölkələrə axın artıb. Nəticədə aviabiletlərin qiymətləri qalxıb və Rusiya Federasiyasının sərhədlərində kilometrlərlə avtomobil növbələri yaranıb.
Bizim.Media
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI










